Xidmətlər

Ekran zədələnməsi


Ekran zədələnməsi ən çox yayılmış problemlərdəndir. İlkin baxışda heç bir fərq olmasa da, hazırda xidmət sahəsində orijinal olmayan ekranlar təklif olunur. Nəzərə alın ki, orijinal olmayan ekran göz yorğunluğu ilə yanaşı insan səhhətində daha böyük problemlər də yarada bilər.

Gündəlik istifadədə problem yaşamamaq istəyirsinizsə, orijinal ekranı seçməyinizi tövsiyə edirik.

Batareya dəyişdirilməsi


Cihazların batareyaları illərlə istifadə olunduğu üçün zəifləyir. Öz əvvəlki keyfiyyətini bərpa etmək üçün yeni keyfiyyətli batareya ilə əvəzlənməsi şərtdir.

Batareyanın ömrünü uzatmaq üçün batareyaya qənaət rejimlərindən də istifadə edə bilərsiniz.

Diaqnostika


Cihazların texniki nasazlıqlarını təyin etmək üçün düzgün diaqnostika aparılması şərtdir. Düzgün aparılmayan yoxlama yalnış təmir işinə, əlavə xərclərin yaranmasına və eyni problemin yenidən yaranmasına gətirib çıxara bilər.

Servisdə Apple şirkətinə aid bütün modelləri xüsusi avadanlıqlar vasitəsilə düzgün diaqnostika etdirə bilərsiniz.


CPU (anakart) problemləri


Kompüter istifadəçilərinin ən çox rastlaşdığı problemdir. Cihazın donma, öz-özünə sönmə, proqram təminatındakı nasazlıqlarının hamısı əksər hallarda CPU problemindən qaynaqlanır.

Zəmanətli CPU təmiri üçün mütəxəssislərimizə müraciət edə bilərsiniz.


Kamera dəyişdirilməsi


Son zamanlar iPhone və iPad istifadəçi sayının artmasında mükəmməl çəkiliş texnologiyasına malik kameraları da böyük rol oynayır.

Kamera ilə bağlı istənilən problemi servisimizdə aradan qaldıra bilərsiniz.


iCloud bərpası


Apple şirkətinin təhlükəsizlik sistemi olan iCloud istifadəçiyə aid məlumatların saxlanılması və məxfiliyinin qorunması üçün nəzərdə tutulub. Çox zaman istifadəçi iCloud şifrəsini unudur.

Əgər siz də Apple İD-nin şifrəsini unutmusunuzsa və ya hesabı sıfırlaya bilmirsinizsə servisimizdə bu problemi birdəfəlik aradan qaldıra bilərsiniz.


Səs/mikrofon təmiri


Müəyyən müddət istifadədən sonra avadanlıqlarda dinamik və ya mikrofonda problemlərin yaranması normal haldır.

Nəzərə alın ki, vaxtında düzgün profilaktika səslə bağlı yarana biləcək problemlərin qarşısını ala bilər.


Proqram təminatı


Garanty servisdə İOS və MacOS əməliyyat sistemləri ilə yanaşı xidməti proqramlarla da bağlı xidmət göstərilir.


Zəng et